"Fənərbaxça"dan qovulan baş məşqçi Premyer Liqa klubunda

11:32 - 24 Yanvar 2022

İngilərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Vitor Pereyra çalışdıracaq. Portuqaliyalı mütəxəssislə sabah müqavilə imzalanacaq. O, "Everton"da bir neçə gün əvvəl istefaya göndərilmiş Rafael Benitesi əvəzləyəcək.

 

Qeyd edək ki, Vitor Pereyranın son iş yeri "Fənərbaxça" olub. 53 yaşlı çalışdırıcı uğursuz nəticələrə görə İstanbul təmsilçisinindən qovulmuşdu.

Xəbər xətti