"Milan" ispaniyalını komandadan göndərir

17:23 - 24 Yanvar 2022

"Milan" Samuel Kastillexo ilə yollarını ayırmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu qışda “rossonyerlər”in sıralarını tərk edəcək.

Mövsümün əvvəlində zədələnərək sıradan çıxan 27 yaşlı futbolçu “Milan”da əsas heyətə düşə bilmir.

Ona görə də Kastillexo “Espanyol” və “Sampdoriya”dan gələn təklifləri dəyərləndirmək fikrindədi.

​2023-cü ilə qədər “Milan”la müqaviləsi olan ispan özü “Espanyol”a keçmək istəyir.

 

Xəbər xətti