"Səbail" "Keşlə" ilə bərabərə qaldı

18:05 - 24 Yanvar 2022

Mövsümün ikinci yarısına hazırlıqlarını Bakıda davam etdirən "Səbail" və "Keşlə" bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıblar. Oyun 1:1 hesabı ilə başa çatıb.

​"Səbail"dən Əfran İsmayılov, "Keşlə"dən isə Rəhman Hacıyev fərqlənib.

Xəbər xətti