Rusiya klubunun məşqçisi: "Bunu "Neftçi" və Azərbaycan millisində işləyəndə fikirləşirdim"

22:12 - 24 Yanvar 2022

ÇSKA(Moskva) klubunun qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko klubun rəsmi saytına danışıb.

Sportal.az xəbər verir ki, milli komandamızın veteran qapıçısı Moskva klubuna gimnastika və akrobatika üzrə məşqçi təyin olunmasına münasibət bildirib:

"Gimnastika və akrobatika üzrə məşqçinin qapıçılarla işləməyə cəlb edilməsi ideyası məndə çoxdan var idi. Bunu hələ “Neftçi” və Azərbaycan millisində işləyəndə fikirləşirdim. Düşünürəm ki, qapıçılar sürətli, çevik olmalıdı, akrobatika, gimnastika kimi idman növləri onlara lazımdı. Ona görə də bu sahədə mütəxəssis Aleksey Bıkovu əməkdaşlığa cəlb etmək qərarına gəldik.

Hər şey yaxşı alındı, gimnastika zalı yaxındı və ziyarət etmək rahatdı: uşaqlar məşq edib, akrobatikaya gedirlər və ya bunu əsas məşqdən əvvəl edirlər. Sentyabrla müqayisədə müsbət dəyişikliklər görürəm, kimsə artıq salto edə bilir, kimsə bununla bir az daha çətinlik çəkir, amma irəliləyiş göz qabağındadı. İşin davam etməsi üçün Alekseyi toplanışa dəvət etməyi lazım bildik və ümid edirik ki, onunla daim işləyəcəyik".

Xəbər xətti