Elmar Baxşıyev: "Toplanışdan razı qaldım"

“Düşündüyümüz o idi ki, komanda yük altında oynasın. İkinci oyunda daha çox yüklənəndən sonra bu dəfə futbolçularda dinamikliyin yoxluğu  hiss olunurdu. Belə çətin oyun olacağını gözləyirdik. Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə də verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırdı”.

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Çexiya "Bohemians"ına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

​Baxşıyev ümumilikdə toplanışı da dəyərləndirib: “Ümumi götürəndə toplanışdan razı qaldım. Əlbəttə, çatışmayan cəhətlər var. İnanıram ki, günü-gündən bu çatışmazlıqları da aradan qaldıracağıq. İki həftə deyil ki, komanda kimi bir yerdəyik. İnanıram ki, günü-gündən optimal formaya yaxınlaşacağıq. Bu matçda bir az rotasiyaya getdik. Daha çox gənclərə şans verdik. Bu oyun gənclər üçün təcrübə olacaq. “Sumqayıt”la kubok matçına 9 gün var. Bərpa prosesini tam keçib vətənə dönəndən sonra bütün düşüncə həmin qarşılaşma ilə bağlı olacaq”.

Tarix: 24 Yanvar [21:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2022
20  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio