"Qarabağ" Polşa və Çexiya klublarına qarşı

10:43 - 25 Yanvar 2022

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son 2 yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə "Bohemians"la (Çexiya) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qurban Qurbanovun kollektivi günün ikinci yarısında "Visla Krakov"la (Polşa) üz-üzə gələcək. Bu matç 18:00-da start götürəcək.

"Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib. Bundan sonra isə komanda "Şlyonsk"a (Polşa) 2:3, "Baçka Topola"ya (Serbiya) isə 0:1 hesabı ilə uduzub.

Xəbər xətti