"Qarabağ"ın oyunu ləğv olundu - YENİLƏNİB

14:33 - 25 Yanvar 2022

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu ləğv olunub.

 

Sportal.az xəbər verir ki, bu barədə Praqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

****

 

"Qarabağ"ın Antalya toplanışı çərçivəsində Çexiyanın "Bohemians" klubu ilə keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, Bakı vaxtilə saat 12:00-da başlamalı olan qarşılaşma 2 saat gec baş tutacaq. Buna səbəb Antalyada qar yağmasıdır. Bu barədə məlumatı Praqa təmsilçisinin mətbuat xidməti yayıb.

 

Qeyd edək ki, "Qarabağ" bu gün daha bir yolxlama oyunu keçirəcək. Ağdam təmsilçisi Bakı vaxtilə saat 18:00-da Polşanın "Visla Krakov" klubu ilə üz-üzə gələcək.

Xəbər xətti