"Atalanta"dan 22 milyon avroluq transfer

İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası klubu "Sassuolo"nun yarımmüdafiəçisi Jeremi Boqanı rənglərinə bağlayıb. Berqamo təmsilçisi 25 yaşlı vingeri mövsüün sonunadək icarəyə götürüb. "Atalanta" yayda 22 milyon avro ödəməklə Fil Dişi Sahili millisinin üzvünün transfer hüquqlarını əldə edəcək.

 

Qeyd edək ki, Jeremi Boqa 2018-ci ilin yayından "Sassuolo"da çıxış edir. O, A Seriyası klubunun heyətində meydana çıxdığı 103 matçda 18 qol və 10 qol ötürməsi ilə yadda qalıb.

Tarix: 25 Yanvar [13:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2022
20  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio