"Qarabağ"ın oyunu 3 hissədən ibarət olacaq

"Qarabağ"ın bu gün Polşanın “Visla Krakov” klubu ilə yoxlama oyununun vaxtında dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, görüş əvvəlcədən qeyd edildiyimi kimi 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də baş tutacaq. İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.

 

Qeyd edək ki, "Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub.

Tarix: 25 Yanvar [15:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio