Polşa klubunun çalışdırıcısı "Neftçi" məğlubiyyəti haqda: "Bəhrəsini görəcəyik"

17:13 - 25 Yanvar 2022

“Qurnik”in baş məşqçisi Kamil Keres “Neftçi”yə qarşı keçirilən yoxlama görüşünü dəyərləndirib. 

Sportal.az xəbər verir ki, Leçna klubunun çalışdırıcısı Bakı klubuna 0:1 hesabı ilə uduzduqları görüşlə bağlı bunları deyib: “

“Neftçi” ilə oyun bizə çox şey verdi. Bu oyundan nəticələr çıxara bilərik. İlk yarıdakı oyunumuzdan razı qaldıq.

“Zirə” ilə (2:2) oyunu müqayisə edəndə, taktiki gedişatları düzəltdik və çatışmazlıqları aradan qaldırdıq.

Biz daha çox topa sahib olurduq və qol epizodları yaradırdıq. Sadəcə effektivlik çatışmırdı. İkinci yarıda bir neçə əvəzetmələr etdik. Hamıya şans vermək istəyirdik. Sadəcə hesabı bərabərləşdirə bilmədik. “Neftçi”yə uduzmağımıza baxmayaraq, ilk yarıdan razı qaldım. Ümid edirəm ki, bu oyunun bəhrəsini hələ görəcəyik”.

Xəbər xətti