"Mançester Yunayted"dən "Sevilya"ya

17:56 - 25 Yanvar 2022

Fransa millisinin üzvü Antoni Marsial karyerasını İspaniya Primerosunda davam etdirəcək.

Sportal.az xəbər verir ki, “Mançester Yunayted” fransalının “Sevilya”da oynamasına icazə verib.

Marsial icarə əsasında “Sevilya”da çıxış edəcək.

Əndəlus klubu üçün Marsialın keçidinə görə 6 milyon avro ziyana düşüb.

Mövsüm sonunda onun "Sevilya"da qalacağı, yoxsa Mançester klubuna dönəcəyi dəqiq bilinmir.

Xəbər xətti