"Nyukasl" "Mançester Yunayted"in futbolçusunu icarəyə götürmək istəyir

22:16 - 25 Yanvar 2022

“Nyukasl” “Mançester Yunayted”in yarımmüdafiəçisi Cessi Linqardı heyətinə qatmaq istəyir.

Sportal.az xəbər verir ki, “sağsağanlar” ingilis futbolçunu yaya kimi icarəyə götürmək niyyətindədi.

Onlar buna görə “qırmızı şeytanlar”a 5 milyon funt-sterlinq ödəyəcək. Yaxın günlərdə Linqardın Nyukasla yollanacağı gözlənilir.

"Mançester Yunayted" yetirməsi olan 29 yaşlı futbolçu 2021-ci ildə “Vest Hem”də icarə əsasında çıxış edib.

 

Xəbər xətti