Afrikalı "Neftçi"dən ayrıldı: "Vidalaşmağın vaxtı gəldi" - FOTO

22:59 - 25 Yanvar 2022

Qvineya millisinin futbolçusu Mamadu Kane "Neftçi"yə qayıtmayacaq.

Sportal.az saytının məlumatına görə, əslində, o, Afrika Millətlər kubokundan sonra "ağ-qaralar"ın düşərgəsinə qayıtmalı idi.

Amma o, "Neftçi"yə kömək etməyəcək və müqavilə ilə məxsus olduğu "Olimpiakos"a qayıdacaq.

Lakin Pirey təmsilçisinin onu Yunanıstanın başqa klubuna icarəyə verəcəyi gözlənilir. Kane isə şəxsi instaqram səhifəsində "Neftçi"yə təşəkkürünü bildirib:

"Neftçi" ilə vidalaşmağın vaxtı gəldi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Klub prezidenti, idman direktoru, məşqçi ilə əməkdaşlıq edə bildiyim üçün şadam. Komanda yoldaşlarım, azarkeşlərlə paylaşdığım peşəkar təcrübəyə görə, rahat ürək və qürur duyaraq ayrılıram klubdan".

Xəbər xətti