"Visla"nın baş məşqçisi: "Yüksək səviyyəli komandaya qarşı yaxşı oyun oynadıq"

10:48 - 26 Yanvar 2022

"Visla"nın (Krakov) baş məşqçisi Adrian Qulya “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan 46 yaşlı mütəxəssis 0:0 hesabıyla sona çatan matçla bağlı bunları deyib:

"Yüksək səviyyəli komandaya qarşı yaxşı oyun oynadıq. Sürət və intensivlik baxımından belə rəqiblə qarşılaşmaq lazımlı idi. Topsuz daha çox işləməli olduq. Amma komanda bunu bacardı. Müdafiənin mərkəzində və orta xətdə boşluqları bağlaya bildik.

Rəqib cinahlardan imkanlar yaratdı. Biz əks-hücumlardan istifadə edə bilmədik. Təəssüf ki, penaltini də boşa verdik. Amma bu matç komandanın düzgün istiqamətdə getdiyini göstərir. Təbii ki, hücumda daha aktiv olmalıyıq. Bunun düzələcəyinə inanıram. Müdafiədən də razı qaldım”.

Xəbər xətti