Azərbaycanlı futzal məşqçisi Elnur Qəmbərov Kanada yığmasında çalışacaq.
Sportal.az xəbər verir ki, o, Kanadanın gənclər yığmasına məşqçi təyin edilib.
Azərbaycan millisinin sabiq futzalçısı, "Araz-Naxçıvan"da oynamış Qəmbərov bir neçə ildir ki, Kanadada yaşayır.
"Xəzər Adaları"nı baş məşqçi kimi Azərbaycan çempionu etmiş Qəmbərov son illər "Toronto"da məşqçi kimi işləyirdi.
Tarix: 26 Yanvar [13:12]
|
|
Müəllif: Sportal.az
|