Azərbaycan kubokunun 1/4 final mərhələsi rəqəmlərin gözü ilə

15:28 - 26 Yanvar 2022

2021/22 mövsümünün ikinci yarısı Azərbaycan kubokunun oyunları ilə start götürəcək.

Sportal.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində baş tutacaq 4 matç fevralın əvvəlində keçiriləcək.

Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki kubok oyunlarının balansını təqdim edir.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar


1 fevral

8. "Qarabağ" – "Keşlə"  – 11 oyun, +7=2-2, top fərqi 15-7

7-ci dəfə yolları kəsişən rəqiblər 6 duel çərçivəsində 11 oyunda üz-üzə gəlib. Son 4 qarşıdurmadan qalib ayrılan “Qarabağ” 7 oyundur uduzmur. “Keşlə” sonuncu dəfə 14 il əvvəl qalib gəlib.

2004/05

1/8 final

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0, 0:2

2007/08

1/4 final

Qarabağ (Ağdam) - İnter (Bakı)

2:2, 0:1

2008/09

Final

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:1

2015/16

1/2 final

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:4, 0:1

2018/19

1/4 final

Qarabağ (Ağdam) - Keşlə

1:0, 1:1

2019/20

1/4 final

Qarabağ (Ağdam) - Keşlə (Bakı)

1:0, 3:1

6. "Neftçi" – "Sabah" – indiyədək qarşılaşmayıblar

2 fevral

5. "Zirə"  – "Səbail"  – 4 oyun, +3=1-0, top fərqi 5-2

Hər iki dueldə mərhələni “Zirə” adlayıb. “Səbail” qələbə qazanmayıb.

2018/19

1/4 final

Zirə (Bakı) - Səbail (Bakı)

1:0, 3:2

2019/20

1/4 final

Səbail (Bakı) - Zirə (Bakı)

0:0, 0:1

7. "Sumqayıt" – "Qəbələ"  – 1 oyun, +0=0-1, top fərqi 0-1

İndiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər 3 il əvvəl finalda görüşüb. Həmin matçda “Qəbələ” bir qolla qalib gəlib.

2018/19

Final

"Qəbələ" - "Sumqayıt"

1:0

(PFL)

Xəbər xətti