Fransa klubu təcrübəli müdafiəçi ilə yollarını ayırdı

15:59 - 26 Yanvar 2022

"Lion" müdafiəçisi Marselo ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Halbuki, braziliyalı müdafiəçinin Fransa klubu ilə 2023-cü ilə kimi müqaviləsi qüvvədə idi.

34 yaşlı müdafiəçinin hansı kluba keçəcəyi hələ ki, bəlli deyil.

O, 2017-ci ildə “Beşiktaş”dan “Lion”a keçmişdi.

Xəbər xətti