Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu

20:15 - 26 Yanvar 2022

Yanvarın 26-da Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub.

Sportal.az xəbər verir ki, gənc idmançılarla görüşən nazir onların dənizdə məşqlərini izləyib. Federasiya prezidenti Qüdrət Qurbanov görülən işlər barədə məlumat verib.

Görüş zamanı görülmüş işlər, idmançıların dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirakı və nəticələri barədə təqdimat olub, bu idman növünün inkişafı istiqamətində müzakirələr aparılıb.

Görüşdə nazir müavini Mariana Vasileva və Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov da iştirak ediblər.

Xəbər xətti