Namik Ələskərov: "Super Liqaya çıxmaq üçün sona qədər döyüşəcəyik"

"Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Namik Ələskərov açıqlama verib.

Sportal.az xəbər verir ki, o, "Bursaspor" jurnalında azarkeşlərə səslənərək, dəstək gözlədiklərini, Super Liqaya vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacaqlarını söyləyib:

"Azarkeşlərə mesajım budu: həmişəki kimi arxamızda olsunlar. Məlumdu ki, çətin dövrdən keçirik və belə zamanlarda ən çox onların dəstəyinə ehtiyacımız var. İnanın, biz də Super Liqaya vəsiqə qazanıb, azarkeşlərimizi sevindirməyi çox istəyirik. Bir şeyə tam əmin olsunlar, bunun üçün sona qədər döyüşəcəyik. Hər şey "Bursaspor" üçün!"

"Bursaspor" I Liqada 20 oyunda eyni sayda xal toplayıb və 19 komanda arasında 17-cidi.

Tarix: 27 Yanvar [15:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio