"Legiya" Ramillə müqavilə imzalayır

16:34 - 27 Yanvar 2022

Polşanın "Legiya" klubu Ramil Mustafayevlə anlaşıb.
 

Sportal.az xəbər verir ki, "Stal"da forma geyinən müdafiəçi yeni klubunda tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq. Bu barədə "legia.net" saytı məlumat yayıb.
 

Qeyd edək ki, Ramil Mustafayev Rusiyada anadan olub. O, daha sonra ailəsi ilə birlikdə Polşaya köçüb. 2019-cu ildən "Stal"da çıxış edir. Müdafiəçi cari mövsümdə meydana çıxdığı 13 matçda 3 qol vurub.

 

Ramil daha əvvəl Azərbaycan yığmasından təklif alsada, bunu qəbul etməyib. Onun Polşa vətəndaşlığı üçün müraciət edəcəyi bildirilir.

Xəbər xətti