İspaniyalı "Barselona"da icarəyə əsasında çıxış edəcək

17:27 - 28 Yanvar 2022

"Barselona" "Vulverhempton"un hücumçusu Adama Traoreni heyətinə qatmağa yaxındı.

Sportal.az xəbər verir ki, 26 yaşlı ispan yaxın günlərdə tibbi müayinədən keçəcək. Amma Kataloniya klubu onu bu qış birbaşa transfer etməyəcək, icarəyə götürəcək.

Mövsüm sonunda isə “Barselona” İngiltərə klubuna Traorenin transferi üçün 30 milyon avro ödəyəcək.

Kataloniya təmsilçisi ispaniyalı ilə 5 illik müqavilə üçün razılıq əldə edib. 

 

Xəbər xətti