Azərbaycan millisində 4 nəfər karantinə alındı

17:54 - 28 Yanvar 2022

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb.

​Oyunçulardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.

Xəbər xətti