"Liverpul" kolumbiyalı gətirir

18:51 - 28 Yanvar 2022

"Porto"nun vingeri Luis Dias "Liverpul"a keçəcək.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi kolumbiyalı üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdı.

Amma Portuqaliya klubu təklif edilən məbləğlə razılaşmasa, “Liverpul” Dias üçün 65 milyon avro da təklif edə bilər. 

25 yaşlı futbolçu “Barrankilla”, “Atletiko Junior”da oynadıqdan sonra 2019-cu ildə “Porto”ya keçib. 

O, 2018-ci ildən Kolumbiya millisində çıxış edir.

Xəbər xətti