Emre Belözoğlu: "Mahir Emreliyə təklif göndərmişik"

19:23 - 28 Yanvar 2022

“Mahir Emreliye təklif göndərmişik”.

Sportal.az xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında “Başakşəhər” klubunun baş məşqçisi Emre Belözoğlu deyib.

O bildirib ki, Azərbaycan millisinin forvardı üçün təklif göndərsələr də, durum tam bəlli deyil: “Durum tam bəlli deyil. Biz təklifi etmişik, amma gözləyirik”.

​Emre Belözoğlu Mahir Emreli üçün 750 min avroluq təklif göndərdiklərini də təsdiqləyib: “Bu transferi idarə heyəti və mən bir yerdə istədik. Onun Türkiyə Super Liqasında uğurlu olacağına çox inanıram”.

Xəbər xətti