Millimizin veteran oyunçusu: "Üçüncü qolu vursaydıq, qırılma nöqtəsi olacaqdı"

19:51 - 28 Yanvar 2022

"İspaniyanın gücünü hamı bilir. Onlar nəinki, qrupun hətta turnirin favoritidi. İspaniya ilə oyuna kökləndiyimiz kimi Gürcüstanla oyuna da köklənsəydik, gürcülərin şansı belə olmazdı. Təəssüf ki, 1-ci oynaya bildik, 2-ci hissə saxlaya bilmədik. Milli komandanı da başa düşmək olar, ilk oyun idi, həyəcanlı idilər, itkilər də var idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Namiq Məmmədkərimov deyib.

Azərbaycan milli komandasının veteran futzalçısı Niderlandda keçirilən Avropa çempionatında çıxış edən yığmamızın Gürcüstan və İspaniya ilə oyununu dəyərləndirib: "Gürcüstanla matçda arxaya oturduq, rəqibi irəlidə qarşılamadıq. Bir də gürcülərə şərait yaratdıq, tempi saxlamadıq. 1-ci hissədəki sürəti saxlamaq lazım idi. Gürcüstana 3-cü qolu vura bilmədik, vursaydıq qırılma nöqtəsi olacaqdı".


​Millimizin sabiq üzvü yığmanın qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Şansımız az olsa da, sona kimi vuruşmalıyıq. Bosniya və Herseqovinanı udub, gürcülərin möcüzəsini gözləməliyik. Sona qədər şansımızı gözləməliyik. İspaniyanın bu matçda Gürcüstana qalib gələcəyini düşünürəm. Amma hər şey ola bilr. Gəlin hadisələri qabaqlamayaq. Hər halda İspaniya da bu matçda fərqli oyun göstərəcək. Biz Bosniya və Herseqovinanı udacağıq. Millimizin gücünə inanıram. Yığmamıza uğurlar arzulayıram. İspanların isə xal itirəcəyinə inanmıram. Çox istəyərdim ki, qrupdan çıxaq".

Xəbər xətti