Yunanıstan 1-ci liqasında (Superliqa 2) 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Turan Manafovun formasını geyindiyi “Olimpiakos”(Volos) şəhərin digər təmsilçisi “Niki Volos”la qarşılaşıb.
Matç Manafovun komandasının 0:1 hesablı məğlubiyyətilə başa çatıb. Əslində, Turan meydana start heyətində çıxmalı idi.
Ancaq onun lisenziyası vaxtında gəlmədiyinə görə futbolçu oyunu tribunadan izləməli olub. “Olimpiakos” hazırda 9 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Tarix: 28 Yanvar [20:11]
|
|
Müəllif: Sportal.az
|