"Qəbələ"nin zədəli futbolçuları kollektivə nə vaxt qoşulacaq?

"Qəbələ"nin zədəli futbolçularının kollektivə nə vaxt qoşulacaqları hələ ki, dəqiq deyil.

Sportal.az saytının məlumatına görə, bölgə klubunun aparıcı üzvlərindən olan Urfan Abbasov üçün mövsümün sona çatdığı deyilsə də, müdafiəçi hazırda fizioterapiyadadı və mövsümün qalan hissəsində komandasına kömək edə bilər. Zədə səbəbindən qış təlim-məşq toplanışına qatıla bilməyən Abbasov üçün hər şey qaydasında gedəcəyi təqdirdə, 10 gündən sonra məşqlərə başlaya biləcək.

Mövsümün ilk həftələrində zədələnən Rüfət Əhmədovun da durumunda müsbətə doğru dəyişikliklər var. Diz bağlarında problem olduğuna görə əməliyyat edilmiş gənc müdafiəçi hazırda həkim nəzarətindədi. Bir müddət sonra yenidən tibbi müayinədən keçəcək müdafiəçi fevralda kollektivlə məşqlərə başlayacaq.

Komandanın legioneri Yaovi Akakpo ilə məsələ isə daha ciddidi. Sentyabr ayından bu yana hazır vəziyyətə gələ bilməyən afrikalı ən yaxşı halda apreldə meydanlara qayıda biləcək. 

Xatırladaq ki, Akakpo Azərbaycan Premyer Liqasının 4-cü turunun “Səbail”lə görüşündə, Rüfət Əhmədov isə 2-ci turun “Keşlə” ilə oyununda zədələnmişdi. 

Tarix: 28 Yanvar [21:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2022
20  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio