Adı "Qarabağ"la hallanan qapıçı "Qalatasaray"da

23:21 - 28 Yanvar 2022

İsveçrə millisinin qapıçısı Roman Bürki karyerasını Türkiyədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, təcrübəli kiper "Qalatasaray"la anlaşıb.

Bir müddət əvvəl adı "Qarabağ"la hallanan kiper Türkiyə klubunun qapısını qoruyacaq.

Yaxın günlərdə İstanbul nəhənginin Bürki transferini ictimaiyyətə açıqlayacağı gözlənilir.

2015-ci ildən "Borussiya"da (Dortmund) çıxış edən qapıçı zədə səbəbindən uzun idi ki, meydana çıxmırdı.

Xəbər xətti