UEFA Mahir Emrelinin klubunu cərimələdi

13:20 - 29 Yanvar 2022

UEFA Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubunu cərimələyib.

 

Sportal.az xəbər verir ki, buna səbəb Polşa təmsilçisinin azarkeşlərinin Avropa Liqası qrup mərhələsinin 4-cü turunun "Spartak"la (Moskva, Rusiya) görüşundə (0:1) açdığı banner və priotexniki vasitələrdən də istifadə etməsi olub. Avropanın ali futbol qurumu "Legiya"nı 17 500 avro məbləğində cərimələyib.

 

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın Dubayda baş tutan təlim-məşq toplanışına qoşulmayıb. 

Xəbər xətti