Hakimlər oyuna bayraqsız gəldi, jiletdən istifadə etdilər

14:13 - 29 Yanvar 2022

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçirilmiş Çili – Argentina oyununda (1:2) qeyri-adi hadisə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, yan xətt hakimləri Fabrisiu Vilarinyu da Silva və Rodriqu Fiqereydu oyun üçün nəzərdə tutulan bayraqları hoteldə unudublar.

 

Ehtiyat avadanlıq olmadığından laynsmanlar mühafizəçilərin jiletlərindən yeni bayraqlar düzəldərək vəziyyətdən çıxıblar.

 

Resim

Xəbər xətti