İngiltərənin "Mançester Sİti" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı müdafiəçi Joao Konselo ilə yeni sözləşmə imzalayıb. 27 yaşlı sağ cinah müdafiəçisi 2027-ci ilin yayınadək "şəhərlilər"in uğurları üçün çalışacaq.
Qeyd edək ki, Joao Konselo "Mançester Siti"yə 2019-cu ilin yayında "Yuventus"dan transfer olub. Portuqaliya millisinin üzvü cari mövsümdə meydana çıxdığı 30 oyunda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi