Premyer Liqa klubunun baş məşqçisi koronavirusa yoluxdu

20:49 - 3 Fevral 2022

İngiltərənin "Brentford" klubunun baş məşqçisi Tomas Frank koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. COVİD-19 testi müsbət olan 43 yaşlı danimarkalı mütəxəssis karantinə alınıb. O, Federasiya Kubokunun "Everton"la oyununda komandasının yanında olmayacaq.

 

Qeyd edək ki, "Everton" – "Brentford" matçı fevralın 5-də Bakı vaxtilə saat 19:00-da keçiriləcək.

Xəbər xətti