Bolqarıstanın "Çerno More" klubunun baş məşqçisi İlian İliyev Sportal.az saytına müsahibə verib. Bolqarıstanlı mütəxəssis "Qarabağ"ın yeni transfer Leandro Andrade və Ağdam klubunun digər futbolçusu Patrik Andrade haqda adnışıb:
- Leandro Andrade “Qarabağ”a keçdikdən sonra onunla söhbət etmisiniz?
- Komandamızdan ayrıldıqdan sonra onunla danışmamışam. Bizimlə ayrılmağa gəldiyi vaxtda onunla söhbət etmişdik.
- “Çerno More”ni tərk etmək istəyərkən necə, sizinlə söhbət etdi?
- Ona özünə inamlı olmasını söylədim. Öncə komandaya adaptasiya olmağa çalışmalı olduğunu məsləhət gördüm. Ki, məşqçinin nə istədiyini daha yaxşı anlasın və “Qarabağ” futbolçularına yaxşı komanda yoldaşı olsun.
- Onun “Qarabağ”da uğurlu olacağına inanırsınız? “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə oyununda Andradeni meydanda olacağını gözləyirsiniz?
- Ümid edirəm ki, o, “Qarabağ”a məqsədlərinə çatmaqda kömək edəcək. Çünki Leandronun böyük potensialı var. “Qarabağ”da portuqalca danışan oyunçuların olması Leandronun komandaya daha yaxşı adaptasiya olması üçün yaxşıdı. “Marsel” matçına gəlincə, çox çətin olacağı dəqiqdi. Amma Leandro cəld oyunçudu və əks-hücumlarda “Marsel”ə çətinlik yarada bilər.
- Patrik Andrade, daha sonra Leandro Andrade “Çerno More”dən “Qarabağ”a keçdi. Növbətisi kim olacaq?
- “Qarabağ”ın bizim futbolçuları transfer etməsi onların futbolu gözəl bilmələrinin göstəricisidi (gülür). Komandamızda çox yaxşı futbolçular var və “Qarabağ” da yaxşı futbolçuları çox yaxşı bilir. Heç bir məşqçi güclü futbolçularının komandadan gedişini istəməz. Amma biz onların karyerasında irəliyə addımın qarşısını ala bilmərik.
- "Qarabağ"ın "Çerno More"dən tez-tez futbolçu transfer etməsi barədə fikrin necədi?
- Bu, futboldu, heç nə edə bilmərik. Biz gənc futbolçuları inkişaf etdirmək və onlara yaxşı futbol oynamaq şansı vermək üçün çalışırıq. Biz də yeni gənc oyunçuları daim axtarırıq.
saytlarin hazirlanmasi