Yunanıstana yollanan azərbaycanlı: "Dedilər ki, bir legionerlə yollarını ayırıb mənimlə müqavilə imzalayacaqlar"

15:32 - 8 Fevral 2022

Daha bir azərbaycanlı futbolçu Yunanıstanda legioner həyatı yaşaya bilər. "Bakı" yetirməsi olan, "Neftçi"nin əvəzedici heyətinin sabiq üzvü Nazim Bağırov "Olimpiakos"la danışıq aparır. Sportal.az saytına müsahibə verən futbolçu Volos klubuna mümkün keçidindən danışıb.

- Bir müddətdir ki, "Olimpiakos"(Volos) klubuna keçəcəyin deyilir. Hazırda Bakıdasan, yoxsa Yunanıstanda?
- Yunanıstandayam.

- Maraqlıdı, "Olimpiakos"la rəsmi müqavilə nə vaxt imzalayacaqsan?
Mənə bura gəlməmişdən qabaq deyilmişdi ki, 2 məşqə çıxandan sonra cavab verəcəklər. Mən 10 məşqə çıxdım və məşqçi məni çox bəyənib. Sadəcə legioner limiti var və bu limit də dolub. Dedilər ki, azad agent olduğum üçün 10-15 gün səbr etməliyəm. Bildirdilər ki, bir legionerlə yollarını ayırıb, mənimlə müqavilə bağlayacaqlar. Dedilər ki, “sən bizə lazımsan”. Belə variant da var idi ki, müqavilə imzalayıb, icarəyə göndərsinlər. Mən razı olmadım. Çünki təklifim çoxdu. Sadəcə vaxtımı aldılar.
 

- Yunanıstanda "Olimpiakos" yox, başqa kluba keçidin gündəmdədi? Hansı klubdan təklif almısan?
-
Bəli, Yunanıstandan təkliflərim var. 2 və 3-cü liqalardan təkliflər gəlib. Ancaq mən Polşaya getmək istəyirəm. 2-3 günə hansı klubda oynayacağım dəqiq bilinəcək.

- Yunanıstana yollanmaqda məqsəd nədən ibarətdi? Yaxın illərdə Superliqada oynamaq ehtimalı yarana bilər?
- Burada olanda gördüm ki, həqiqətən oynamaq olar. Futbolçuya dəyər verilir. Azarkeş çoxdu, dəstək var. Əgər bacarığın varsa, niyə də olmasın?

- Azərbaycanlı futbolçuların xaricə getməyə müsbət yanaşmadığı vaxtda özünə xaricdə komanda axtarmağın nə ilə bağlıdı? Azərbaycanda təklif göndərən komanda yoxdu, yoxsa özün legioner həyatı yaşamaq istəyirsən?
- Həm dil bildiyim, həm də legioner həyatını sevdiyim üçün bu addımı atıram. Avropada oynamaq üçün bir yerdən başlamaq lazımdı. 

- "Neftçi"nin əvəzedici heyətində oynamışdın. Nəyə görə əsas komandada oynamaq imkanı tapmadın? Səbr edib gözləmədin yoxsa, əsas komandaya cəlb etmədilər?
- "Neftçi"nin əsas komandası ilə toplanışa getmişdim. Hətta şans da verdilər. Polşanın əsas liqa klubuna qarşı da oynadım, özümü yaxşı göstərdim. İlk oyunum olduğuna görə azca həyəcan da var idi. Roberto Bordin məni bəyənirdi. Həmin oyundan sonra onu komandadan göndərdilər. Azərbaycanlı məşqçilərin mənə nəyə görə şans vermədiyini bilmirəm. Amma Mahmud Qurbanov mənə çox şans verdi və ona görə daha yüksək yerlərdə oynamaq istəyirəm. Mahmud Qurbanovun üzərimdə əziyyəti çox olub. 

- Bir ara Gürcüstanda "Şevardeni"də də oynamısan. Gürcüstandakı karyeran deyəsən, ürəyin istədiyi kimi olmadı?
- Gürcüstanda agentlə bağlı problemlər yaşadım. Onun prezdentilə konflikti var idi. Ona görə də məni oynatmadılar. Mən müqavilə imzalayanda başqa prezident idi, daha sonra dəyişdi.

 

Xəbər xətti