Türkiyə klubu İngiltərədən futbolçu gətirdi

18:08 - 9 Fevral 2022

"Aston Villa" və Misir millisinin üzvü Mahmud Trezeqe Türkiyədə oynayacaq.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi “Başakşəhir”lə anlaşıb. 

Emre Belözoğlunun rəhbərlik etdiyi komanda 27 yaşlı futbolçunu mövsüm sonuna qədər icarəyə götürüb. 

Trezeqe 2019-cu ildə 10 milyon avro qarşılığında “Kasımpaşa”dan “Aston Villa”ya keçmişdi. 

 

Xəbər xətti