"Marsel" - "Qarabağ" matçına maraq böyükdü

12:24 - 10 Fevral 2022

Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”  - "Qarabağ" matçına Fransada maraq böyükdü.

Sportal.az xəbər verir ki, Fransada “Velodrom” stadionunda keçiriləcək qarşılaşma üçün satışa çıxarılan biletlərin hamı satılmaq üzrədi.

15 avroya satışa çıxarılan 5-ci kateqoriyanın biletləri tamamilə satılıb. Digər kateqoriyalarda da yerlər məhdud saydadı. Bu yerlər üçün bilet qiymətləri 20, 25, 29 və 39 avroyadı.

Fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 24-də Bakıda olacaq.

Xəbər xətti