"Arsenal"ın baş məşqçisi Mikel Arteta keçmiş futbolçusu Pyerr-Emerim Obameyanq haqda danışıb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Barselona"ya transfer olan təcrübəli hücumçunun "Arsenal"da problem Artetadır" açıqlamasına cavab verib. O, hər zaman həll yolu olmağa çalışdığını deyib:
"Özümü bu durumda həll yolu kimi görürəm, problem kimi yox. Yüz faiz həll yolu mən idim. Çox şeyi səhv etdim, razıyam. Amma hər zaman niyyət önəmlidir. Bu, mənim yaxşılığımla bağlı vəziyyət deyil. Klub və komanda üçün çalışıram. Bu, futbolun bir hissəsidir. Obameyanqla görüşlərimiz oldu. Qərarı klub, oyunçu və menecer birlikdə verdilər".
saytlarin hazirlanmasi