Millimizin BƏƏ ilə oyununun hakim təyinatları açıqlandı

12:39 - 20 Fevral 2022

Bakıda təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşacaq.

​Saat 17:00-da başlayacaq oyunu idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:

Baş hakim: Emin Əliyev.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Şirmamed Mamedov.
Dördüncü hakim: Kamran Əliyev.

Xəbər xətti