Ukraynalı futbolçular bu çempionatda legioner hesab olunmayacaq

17:54 - 25 Fevral 2022

Polşa Futbol Federasiyasının rəhbəri Çezari Kuleşa ukraynalı futbolçuları sevindirəcək təkliflə çıxış edib.

Sportal.az xəbər verir ki, federasiya rəhbərinin dediyinə görə, ukraynalı futbolçular Polşada legioner hesab olunmayacaq:

“Federasiyanın yaxın günlərdə keçiriləcək iclasında ukraynalı futbolçuların liqalarımızda legioner hesab olunmaması təklifi ilə çıxış edəcəm. Məhz bunun sayəsində hazırki çətin durumda ukraynalı futbolçular üçün Polşada klub tapmaq şansları yüksələcək”.

Xəbər xətti