Danimarkalı futbolçu Kristian Eriksen karyerasını bərpa edib.
Sportal.az xəbər verir ki, İngiltərənin "Brentford" klubuna keçən 30 yaşlı yarımmüdafiəçi bu gün ilk rəsmi oyununa çıxıb. Təcrübəli futbolçu Premyer Liqanın 27-ci turu çərçivəsində "Nyukasl"la keçirilən matçın 52-ci dəqiqəsində meydana daxil olub.
Xatırladaq ki, Eriksenin ötən il iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb.
saytlarin hazirlanmasi