"Everton" və "Mançester Siti"dən Ukraynaya dəstək - FOTO

21:44 - 26 Fevral 2022

"Mançester Siti" İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Everton"un qonağıdır.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl hər iki komandanın oyunçuları Ukraynaya dəstəklərini ifadə ediblər. "Everton"un futbolçuları meydana Ukrayna bayrağı ilə, "şəhərlilər" ilə üzərində Ukrayna bayrağı və "müharibəni dayandırın" yazısı olan köynəklərlə çıxıb.

 

Qeyd edək ki, hər iki komandanın heyətində ukraynalı oyunçular var. "Everton"da Vitaliy Mikolenko, "Mançester Siti"də isə Aleksandr Zinçenko çıxış edir.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən qarşılaşmada hesab açılmayıb.

 

Xəbər xətti