"Qəbələ"nin braziliyalısı: "Konfrans Liqasına vəsiqə qazanmaq üçün hələ 7 oyun var"

10:58 - 5 Aprel 2022

"Qəbələ"nin braziliyalı yarımmüdafiəçisi Rafael Utsiz ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı oyunçu "qırmızı-qaralar"ın Avropa Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığını bildirib:

 

"Qəbələ”nin heyətində 50-ci oyun həddinə çatdığım üçün xoşbəxtəm. “Qəbələ” mənim Avropadakı ilk klubumdur və burada 50 matçlıq mərhələyə çatmağım məni xoşbəxt edir. Mövsüm hələ bitməyib. Klubun məqsədləri yolunda davam edəcəyik. Konfrans Liqasına vəsiqə qazanmaq üçün hələ 7 Premyer Liqa oyunu və ölkə kubokunun yarımfinal mərhələsi var”.

Xəbər xətti