Rövlan Muradov 70-ə çatdı

11:36 - 5 Aprel 2022

Rövlan Muradov “Qəbələ”də 70-ci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib. “Keşlə” ilə ev oyunu (1:1) klubun yetirməsi üçün əsas komandada 70-ci matç olub.

 

24 yaşlı futbolçunun debütü 2018/19 mövsümündə gerçəkləşib. Muradov mövsümün son turunda – mayın 11-də səfərdə keçirilən “Sumqayıt”la görüşdə (0:1) meydana çıxıb.

 

Muradov indiyədək keçirdiyi 70 matçda 9 qola imza atıb. O, Premyer Liqada 61 (8 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 1 matçda iştirak edib.

 

Xatırladaq ki, Rövlan “Qəbələ”də 70 və ya daha çox matç keçirən 24-cü futbolçudur.

Xəbər xətti