"Rüstəm Əliyev "Sumqayıt"la matçdan sonra məni əvəzedici heyətə göndərmişdi. Baş məşqçidi, verdiyi qərar belə oldu, nə deyim? Mən də əvəzedici heyətdə üç məşq etdim, son oyunda da oynadım. Səbəbini bilmirəm, Əliyevin özündən soruşsanız daha yaxşıdı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Şəhriyar Əliyev deyib.
Mövsümün sonuna yaxın “Şamaxı”nın baş məşqçi əvəzi Rüstəm Əliyev komandanın ikinci kapitanını əvəzedici heyətə göndərmişdi. Müdafiəçi kollektivdə problemin olub-olmamasından və yeni mövsümə harada başlayacağından danışıb:
"Komandada problem olduğunu deməzdim. Baş məşqçi futbolçunu əvəzedici heyətə göndərirsə, səbəbini ondan soruşmaq lazımdı. Qərarı verən odur. Soruşsanız, inanıram ki, özü doğru cavabı verər. Ötən mövsüm ölkə kubokunu qazandıq. Yayda isə komandada dəyişikliklər çox oldu, liderlərin bəziləri getdi. Bu da oyunumuza təsir etdi. Hər oyun toparlanmağa çalışdıq ki, yaxşı nəticələr əldə edək. Amma heç cür alınmadı. Halbuki avrokuboklar getmək istəyirdik.
Hansı komandada oynayacağım 3-4 gündən sonra bilinəcək. “Bakı”da, “Qarabağ”da oynamışam. Hər bir futbolçu qarşısına məqsəd qoyur ki, iddialı klublarda oynasın. Bu o demək deyil ki, “Şamaxı”nın iddiası yox idi. Hər halda “Şamaxı”nın heyətində ard-arda neçə il avrokuboklara yollandıq. Hər bir futbolçu böyük klublarda oynamaq istəyir. Hər şeyi zaman göstərəcək. Bir il "Qarabağ"da, 3-4 il “Bakı”da oynamışam. “Bakı”, “Xəzər Lənkəran” kimi klublarının Premyer Liqada mübarizə aparmasını istəyərdim".