Qarabağ qazisi İsveçrədə qızıl medal qazandı

17:19 - 28 May 2022

Azərbaycanın daha bir para-atleti İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

 

Sportal.az xəbər verir ki, nüvə itələmə növündə çıxış edən Rasim Yaxin (F46) 11.71 metr nəticə göstərərək bütün rəqiblərini üstələyib.

 

Bu, Azərbaycan millisinin Qran-Pridə əldə etdiyi 5-ci qızıl medal olub. 

 

Qeyd edək ki, Rasim Yaxin Qarabağ müharibəsi əlilidir.

Xəbər xətti