Millimizin forvardı Mahir Emreli "Dinamo"nun (Zaqreb) məşqlərinə qoşulub.
Sportal.az Zaqreb klubunun saytına istinadən xəbər verir ki, Emreli Sloveniyaya təlim-məşq toplanışına yollanıb.
"Dinamo" bu ölkədə iki yoxlama oyunu keçirəcək.
Onlar iyunun 26-da "Şkendiya" (Şimali Makedoniya), iyulun 1-də isə "Spartak" (Trnava, Sloveniya) ilə oynayacaq.
Tarix: 22 İyun [19:14]
|
|
Müəllif: Sportal.az
|