Təcrübəli futbol funksioneri, əməkdar məşqçi Mehman Allahverdiyev yenidən "Kəpəz"ə qayıdıb.
Sportal.az xəbər verir ki, ayrı-ayrı vaxtlarda "sarı-göylər"in baş məşqçisi, vitse-prezidenti və icraçı direktoru olan Allahverdiyev klubun idman direktoru vəzifəsinə təyinat alıb. Onunla bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Nizami yurdunun təmsilçisi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medallarını qazanıb.
saytlarin hazirlanmasi