"Qarabağ"ın rəqibində ayrılıq

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" (Plzen) Ondrjey Mihaliklə  yollarını ayırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisindən ayrılan 25 yaşlı futbolçu "Slovaçko"da oynayacaq.

Yarımmüdafiəçi 2019-cu ilin iyununda "AZ Alkmaar"dan "Viktoriya"a keçmişdi.

"Qarabağ"ın "Viktoriya" ilə ilk oyunu avqustun 17-də Bakıda 20:45-də keçiriləcək.

Cavab qarşılaşması isə avqustun 23-də Plzendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tarix: 11 Avqust [11:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio