"Neftçi"nin futbolçusu 3-4 həftə oynamayacaq

16:53 - 5 Sentyabr 2022

"Neftçi"nin zədəli futbolçuları Kenni Sayef və Vato Arveladzenin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, bununla bağlı "Neftçi"nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.

 

Onun verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək. Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.

 

Qeyd edək ki, Kenni Sayef Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sumqayıt”la keçirilən matçdan əvvəl məşq zamanı zədələnib. Onun əvəzinə adı start heyətinə salınmış Vato Arveladze isə oyun zamanı zədə alıb.

Xəbər xətti