Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant"ının futbolçusu Dennis Appia klubun rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi Bakıda Azərbaycan klubuna 0:3 hesabı ilə məğlub olduqları matç haqda da danışıb:
"Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. Qrupda "Olimpiakos" üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq. Ancaq ikinci turda "Qarabağ"a məğlubiyyət hələ də boğazımda düyünlənib. Avrokubok matçlarının nə qədər mürəkkəb olduğunu bilirik".
saytlarin hazirlanmasi